Zəfər günü tədbiri keçirildi

05 noyabr 2021-ci il tarixdə məktəbdə "Zəfər günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov vurğuladı ki, Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi.Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Həmçinin, tədbirdə iştirak edən şəhid anaları, qazilər və döyüşçülər də çıxış edərək öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin davamında şagirdlərin çıxışında qələbə ruhlu şeirlər səsləndirildi, mahnılar ifa olundu, səhnəcik və videoçarxlar nümayiş etdirildi.