Bayrağımız qürur mənbəyimizdir

Məktəbin tədbirlər planına uyğun olaraq, 04 noyabr 2021-ci il tarixdə məktəbdə 9 Noyabr Bayraq günü ilə əlaqədar "Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirildi. Məktəbin 4c sinif müəllimi Təranə Ağabəyovanın təşkil etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Zaur Yusifov açaraq bildirdi ki, müstəqil dövlətimizin rəmzlərindən olan bayraq millətimizin qüruru, gələcəyə inamımızın təcəssümüdür.Azərbaycan Respublikasının bayrağı mənəvi birliyimizin, yenilməz əzmimizin, torpaqlarımızın bölünməzliyinin, dövlətimizin, xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, xalqımızın şərəf və ləyaqətinin rəmzidir. Daha sonra 44 günlük Vətən müharibəsi şəhidi Həmid Abbasbəylinin anası Gülnarə xanım Məmmədova çıxış etdi. Tədbirin davamında 4c və 0b sinif şagirdlərinin bayrağımıza həsr olunmuş çıxışları dinlənildi. Həmçinin, Türkiyə Respublikasının Elazığ Karakoçan Ortaokulu müdürü EYÜP APAYDIN, Faik Hızıroğlu İlkokulu müəllimi Seval Tokka və Bahar Kalın onlayn şəkildə qoşularaq tədbir iştirakçılarını "Bayraq günü" münasibətilə təbrik etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi