Dəyirmi masa keçirildi

04 noyabr 2021-ci il tarixdə məktəbdə "Vətən müharibəsi və tarixi zəfər" mövzusuda dəyirmi masa keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri ilk olaraq məktəbin hərbi rəhbəri Marif Tağıyev açdı. M.Tağıyev dəyirmi masa iştirakçılarını salamladıqdan sonra II Qarabağ müharibəsi haqqında ətraflı məlumat verdi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Eyvazova çıxış edərək vurğuladı ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir. Tədbirin davamında məktəbin X,XI sinif şagirdləri mövzu ətrafında fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşdülər. Videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi