Şəhid ailəsi ziyarət edildi

Bu gün Balaxanı şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edildi. Məktəbin tarix müəllimi Vəfa Babayeva 6a sinif şagirdləri ilə birlikdə şəhidin evində oldular. Şəhid Müşfiq İbrahimovun anası Şəhla xanım şagirdlərə Müşfiqin həyatı və döyüş yolu haqqında danışdı, şəhid anası olmaqdan qürur duyduğunu vurğuladı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.