Şəhidimizi anırıq

Məktəbin 3b sinif şagirdləri sinif müəllimi Gülbəniz Mayılova ilə birlikdə sinfin adını daşıdığı II Qarabağ müharibəsi şəhidi Emin Səttarovun məzarını ziyarət etdilər. Şəhadətə ucalmağının 1 ili tamam olan şəhidin məzarı önünə şagirdlər qərənfillər qoydular. Həmçinin, şəhidin anası Elnarə xanım azyaşlı şagirdlərə Emin Səttarov haqqında məlumat verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.