Şəhid ailəsi ziyarət edildi

Şəhidlik yüksək bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür.Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. 

Bu gün məktəbin II Qarabağ müharibəsi şəhidi Murad Məmmədovun adını daşıyan VIIIç sinfinin şagirdləri sinif rəhbəri Türkan Osmanova ilə birlikdə şəhidin ailəsini ziyarət etdilər. Şəhidin anası qəhrəman övladının həyatı, döyüş yolu barədə şagirdlərə məlumat verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi