Şəhidimiz anıldı

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Bugün 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan XTQ baş leytenantı şəhid Həmid Abbasbəylinin ildönümüdür. Məktəmizin ibtidai sinif müəllimi Təranə Ağabəyova rəhbərlik etdiyi şəhid Həmid Abbasbəyli adına 4/C sinif və 0/B qrup şagirdləri ilə birlikdə Fəxri Xiyabana şəhidimizin məzarını ziyarət etdilər. Ziyarət zamanı şagirdlər şəhidimizin xatirəsinə şeirlər səsləndirdilər. Həmçinin , bu ziyarətdə şəhidimizin anası Gülnarə xanım da iştirak etdi. Şəhid anası qürur hissi ilə şagirdlərə oğlunun igidliyindən danışdı. Şəhidlərimizə Allahdan rəhmət , ailələrinə isə səbr diləyirik. https://www.youtube.com/watch?app=desktop&v=RYHR0mqmch4

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi