Müəllimimizin uğuru

Oktyabrın 11-13-də Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında keçirilən üçgünlük seminar baş tutdu.Seminarın açılış mərasiminə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Türkiyə Təhsil Nazirliyinin dairə başqanı Mustafa Hakan, “eTwinning” layihə koordinatorları, Azərbaycanın müxtəlif bölgələrindən 36 nəfər müəllim və Türkiyədən 36 nəfər müəllim qoşulub.Həmçinin, bu seminara məktəbimizin ibtidai sinif müəllimi Təranə Ağabəyova da iştirak hüququ qazandı və 3 gün ərzində Türkiyədən dəvət olunan müəllimlərlə bərabər uğurlu layihə qurduğu üçün sertifikatla təltif olundu. Məktəbin direktoru Zaur Yusifov müəllimimizi təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
“Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunan seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin, “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.11-13 oktyabr tarixlərini əhatə edən seminar çərçivəsində media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olundu. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparıldı.