II Fəxri Xiyabana ziyarət

Məktəbin 4ç sinif şagirdləri sinif müəllimi Səadət Məmmədova ilə birlikdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canları bahasına torpaqlarımızı 30 illik işğaldan azad edən şəhidlərimizi ziyarət etdilər. S.Məmmədova II Qarabağ müharibəsi barədə şagirdlərinə ətraflı məlumat verdi. Şagirdlər şəhidlərimizin məzarları önünə qərənfillər qoydular. Ziyarətə gəlmiş şəhid anaları ilə həmsöhbət oldular. Həmçinin, 4ç sinfinin adını daşıdığı Cəbrayıl Dövlətzadənin də məzarını ziyarət etdilər.