Pedaqoji şuranın iclası keçirildi

28 sentyabr 2021-ci il tarixdə məktəbdə pedaqoji şuranın ilk iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov pedaqoji kollektivi salamlayaraq onlara yeni tədris ilində müvəffəqiyyətlər və nailiyyətlər arzuladı. Gündəlikdə duran məsələlər pedaqoji heyətin nəzərinə çatdırıldı. 2020-2021-ci ilin tədris ilinin yekunları və yeni tədris ilində kollektivin qarşısında duran məsələlər, məktəb rəhbərlərinin, UBT rəhbərinin, kitabxananın illik fəaliyyət planları, siniflərin komplektləşdirilməsi, müəllimlərin dərs bölgüsü, məktəbəqədər hazırlıq qruplarının təşkili, şagirdlərin dərsliklərlə təmin olunması və cari məsələlər müzakirə olundu. Məktəbimizin müvafiq qərarları qəbul edildi. Həmçinin, çalışmanın yaş həddinə çatması ilə əlaqədar kollektivdən ayrılan təlim-tərbiyə işləri üzrə direktor müavini Sülhiyyə Dünyamalızadəyə, biologiya müəllimi Elçi Xəlilova pedaqoji sahədə göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkür elan edildi. Eyni zamanda məktəbə yeni təyin olunan təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov və fənn müəllimləri kollektivə təqdim olundu, onlara fəaliyyətlərində uğurlar diləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi