İlk dərs günü

22 sentyabr 2021- ci ildə l-lV siniflər ənənəvi tədrisə başladı. Birincilər üçün təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirdə çıxış edən məktəbin direktoru Zaur Yusifov Zəfər ilinin 1-cilərini təbrik etdi və qalib ölkənin şagirdlərinə təhsil uğurlar arzuladı. Həmçinin, məktəbin ibtidai sinif müəllimi Şirvanxanım Hüseynova çıxış edərək 1-cilərə xoş arzularını çatdırdı. COVİD-19 pandemiyası ilə əlaqədar şagirdlər məktəbin həyətində sosial məsəfə gözləməklə sinif otaqlarına daxil oldular. İlk dərslər"Qarabağ Azərbaycandır" mövzusuna həsr edildi. Mövzu ilə əlaqədar 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şanlı qələbəsi barədə şagirdlərə ətraflı məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi