Son zəng

14 iyun 2021-ci il tarixdə məktəbdə "Son zəng" tədbiri keçirildi. İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də " Son zəng" günüdür. Hər il iyunun 14-də ölkəmizdə "Son zəng" günü qeyd olunur. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə 44 günlük vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Zaur Yusifov tədbiri giriş sözü ilə açaraq məzunları və müəllimləri təbrik etdi. Z.Yusifov vurğuladı ki, zəfər ilinin ilk məzunları olmaq böyük fəxr hissidir. Tədbirin davamında şagirdlərin çıxışında mahnılar və şeirlər dinlənildi, həmçinin, müəllimlər məzunlarımıza xoş arzularını bildirdilər. Əziz məzunlarımız, hansı sənət sahibi olsanız da, həmişə doğma respublikamızın - Azərbaycanımızın dəyərlərinə xidmət etməyə, onu tərəqqisi, inkişaf edib gözəlləşməsi üçün çalışın.