28 May Respublika Günüdür

Bu gün məktəbimiz Türkiyə Cümhuriyyətinin Elazığ Karakoçan orta okulu və məktəbimizin ibtidai sinif müəllimi Təranə müəllimənin təşkilatçılığı ilə 28 May Respublika günü ilə bağlı tədbir təşkil edildi. Tədbirdə məktəbin direktoru Zaur Yusifov çıxış edərək tədbir işçirakçılarını bu bayram münasibətilə təbrik etdi. 28 May Respublika günü ilə bağlı məlumat verdi. Eyni zamanda Türkiyə və Azərbaycanın bir-birinə əsrlər boyu maddi və mənəvi dəstəyindən, dövlətlər arasında dostluq münasibətindən danışdı. Tədbirdə Qarabağ qazisi Qədir Ülvi çıxış etdi. Sonda hər iki məktəbin şagirdləri şeirlər səsləndirdilər.