Şagirdlərin Qarabağ qazisi ilə görüşü

19 may 2021-ci il tarixdə doğma yurda göz dikən düşməni məhv etmiş, sinəsini vətən üçün sipər edən Vətən oğullarından biri - II Qarabağ Müharibəsi qazisi Ülvi Qədir ilə 3c sinif şagirdlərinin görüşü təşkil edildi. Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagirdlərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir. Tədbirdə çıxış edən məktəbin direktoru Zaur Yusifov bu görüşü yüksək şəkildə rəğbətləndirdi. Qazi Ülvi Qədir döyüş yolundan, müharibə ilə bağlı xatirələrindən, göstərdiyi igidliklərdən bəhs etdi və sualları ətraflı şəkildə cavablandırdı. Tədbirin davamında görüşü təşkil edən 3c sinif müəllimi Təranə Hidayətovanın şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər, mahnılar ifa etdilər.https://youtu.be/CY1NcySqPCA https://youtu.be/9QbNint0zu0