Onlayn nümunəvi dərs

16 may 2021-ci il tarixdə məktəbin kimya müəllimi Aygün Şəmsəddinova 8c sinfində "İon mübadiləsi reaksiyaları" mövzusunda nümunəvi dərs keçdi. Məktəbin direktoru Zaur Yusifov və digər fənn müəllimləri dərsdə iştirak etdilər. Şagirdlərin iştirakı yüksək səviyyədə idi. A.Şəmsəddinova elektron resurslardan istifadə edərək dərsi təşkil etdi. Müəllimimizə uğurlar arzulayırıq.