Pedaqoji şuranın növbəti iclası keçirildi

15 may 2021-ci il tarixdə pedaqoji şuranın növbəti onlayn iclası keçirildi. Məktəbin direktoru Zaur Yusifov gündəlikdə duran məsələlərlə pedaqoji heyəti tanış etdi. 17 may 2021-ci il tarixdə tədrisin əyani formada təşkil olunması, təhsil səviyyələri üzrə əyani və distant formada tədris üçün dərs cədvəli, BSQ-lərin təşkili, keçirilən onlayn dərslərin təhlili, illik fəaliyyət planından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu. RFM-də, həmçinin, Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və onlara müvafiq fənləri tədris edən müəllimlər təbrik edildi, final mərhələsində nəticə əldə etmək üçün tövsiyələr verildi.