Şagirdlərimizin uğuru

8 may 2021-ci il tarixində 5-ci sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi təşkil edilmişdir. Şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri müəyyənləşdirmək məqsədiylə keçirilən bilik yarışında cəlvəldə adı qeyd olunan şagirdlərimiz növbəti mərhələyə keçmək hüququ qazanmışdır. Şagirdlərimizi təbrik edirik və növbəti mərhələdə uğurlar arzu edirik.