Dahi şəxsiyyət və müdrik lider: Ulu Öndər Heydər Əliyevi anarkən...

Tarixi şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolu bütöv bir millətin, dövlətin salnaməsinin məhvəridir. Həyatının mənasını yalnız xalqına təmənnasız xidmətdə görən Ümummilli lider Heydər Əliyev də bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə anılır.Mayın 10-u müstəqil Azərbaycan Respublikasının memarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Bu günü xalqımız, eyni zamanda, dahi şəxsiyyəti tanıyanların hamısı böyük hörmətlə qeyd edir. Bu həm də Azərbaycanın müstəqilliyinə, Heydər Əliyevin bizə miras buraxdığı dövlətçilik ənənələrinə hörmət əlamətidir. Heydər Əliyev doğrudan da dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində - Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var.
Ümummilli liderin xatirə günündə məktəbin tarix müəllimi Vəfa Babayeva onlayn tədbir keçirtdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri giriş sözü ilə açan V.Babayeva çıxışında vurğuladı ki, Heydər Əliyevin dövlət xadimi, ölkə rəhbəri kimi bu uğurunun kökündə isə yüksək şəxsiyyət olması faktoru dayanır. Heydər Əliyev şəxsiyyət kimi yüksək liderlik keyfiyyətlərinə malik idi. Ali baş komandan İlham Əliyevin yürütdüyü siyasət və 44 günlük müharibədə qələbə məhz Heydər Əliyevin uğurlu siyasətinin davamı idi. Tədbirin davamında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirildi, videoçarxlar nümayiş olundu.