Hər kitab bir xəzinədir

Təhsil Nazirliyinin "Hər kitab bir xəzinədir" layihəsi çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Hidayətova Təranə 32 nömrəli məktəbin müəllimi Mustafazadə Natəvan müəllim və 251 nömrəli tam orta məktəbin müəllimi Nağıyeva Yeganə müəllim ilə birlikdə kitab aksiyası keçirdilər. Bu aksiyaya müəllimlər öz şagirdlərini cəlb etdilər. Şagirdlər qarşılıqlı olaraq bir-birinə kitab hədiyyə etdilər.
Bu aksiya şagirdlərin həyatında xüsusi rol oynayacaq.Şagirdlərdə bədii təfəkkürüm inkişafı və kitaba olan sevgiləri kitabı oxuduqca günü-gündən artmış olacaq.Növbəti gün məktəb direktorlarının iştirakı ilə bu aksiyanın onlayn toplantısı gerçəkləşəcək.Hər bir şagird hədiyyə olunan kitabın haqqında öz fikirlərini səsləndirəcək.https://www.youtube.com/watch?v=Q1eF0x1aCws