Şəhidimizi tanıyaq

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. İkinci Qarabağ müharibəsi də  tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq.Ermənistanın Azərbaycandan əsassız torpaq iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Döyüşlərdə qəhrəmanlıqlar da tarixləşdi, qəhrəmanlar da. Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdi. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgilərlə, kövrəkliklə danışırlar. Bu xatırlamalar mənəvi borcödəmədir. Şagirdlərimizin də qəhrəmanlarımızı daha yaxından tanıması məqsədilə 17 aprel 2021-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Feridə Seyidbəyli İkinci Qarabağ müharibəsi şəhidi Vüqar Nəcəfov haqqında onlayn tədbir keçirtdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirin davamında F.Seyidbəyli şəhidlik zirvəsinin uca məqamı haqqında şagirdlərə məlumat verdi. Daha sonra şəhid Vüqar Nəcəfovun həyat və döyüş yolu barədə danışdı. Bildirdi ki, qəlbi daim vətən eşqi ilə döyünən igidimiz öz silahdaşları ilə qəhrəmanlıq göstərmişdir. Sonuncu döyüşü isə oktyabrın 2-si Cəbrayılın Nuzigar kəndində olmuşdur. O, yaralı yoldaşını xilas etmək istəyərkən snayper gülləsinə tuş gəlir və qəhrəmancasına şəhid olur. Müharibə tariximizin bir səhifəsi də 2020-ci ilin 2-ci Qarabağ müharibəsidir, bu döyüşlərin qəhrəmanlarıdır, qalibləridir, şəhidləridir. Şəhidlər unudulmayacaq.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi