Peşəyönümlü söhbət

Peşəyönümü gənclərin peşə seçməyə hazırlanması, onların maraq və meyllərini, əmək bazarının tələbatını nəzərə almaqla münasib peşəyə yiyələnməsi və işə düzəldilməsi məqsədi ilə həyata keçirilən ictimai-pedaqoji tədbirlər sistemidir. Peşəyönümü şəxsiyyətin ahəngdar inkişafına, onun potensial imkanlarının aşkarlanmasına, təlim-tərbiyə prosesinin intensivləşməsinə kömək edir. Bütün bu təriflərin uyğun və fərdi cəhətlərini nəzərə alaraq söyləyə bilərik ki, peşəyönümü işi mürəkkəb, kompleks problem olub, cəmiyyət həyatının mühüm sahələrindən biridir. 15 aprel 2021-ci il tarixdə yuxarı sinif şagirdlərinin düzgün peşə seçiminə yardımçı olmaq məqsədilə məktəbin psixoloqu, həmçinin peşəyönümü işinin təşkili üzrə əlaqələndirici Saraxanım Alxazovanın Microsoft Teams proqramı vasitəsilə onlayn görüşü keçirildi. S.Alxazova bildirdi ki, peşə seçimi edərkən fərd özünün arzusuna, qabiliyyət və bacarığına, həmçinin cəmiyyətin kadrlara olan cari və perspektiv tələbatlarına müvafiq olaraq peşə və ixtisas seçimi etməlidir. Görüşün sonunda videoçarx nümayiş olundu.