Reproduktiv sağlamlıq mövzusunda onlayn görüş

14 aprel 2021-ci il tarixdə Microsoft Teams proqramı vasitəsilə məktəbin həkimi Rüxsarə Quliyeva və şagirdlərin reproduktiv sağlamlıq mövzusunda görüşü keçirildi. Görüşün keçirilməsində məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.Görüş zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verildi, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə söhbətləri apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi