Gənclərin fövqəladə hallarda davranışı

09 aprel 2021-ci il tarixdə Microsoft Teams platforması vasitəsilə gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması barədə maarifləndirmə tədbiri keçirildi. Məktəbin GÇHH müəllimi Marif Tağıyevin təşkil etdiyi onlayn tədbirdə məqsəd yeniyetmə və gənclərə müxtəlif xarakterli fövqəladə hallardan necə qorunmalı, baş verən qəzalar zamanı özünə və digərlərinə necə kömək etməli mövzularında biliklərin verilməsidir.

Tədbirdə təbii xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, zəlzələ zamanı təxliyə qaydaları, müxtəlif növ yanğınların qarşısının alınmasında davranış qaydaları, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları barədə şagirdlərə ətraflı məlumatlar verildi.Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı, mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi