Narkomaniyaya yox deyək!

03 aprel 2021-ci il tarixdə məktəbin tarix müəllimi Nərmin Qənbərova "Narkomaniyaya yox deyək!" adlı onlayn tədbir təşkil etdi. Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Bu məqsədlə keçirilən onlayn tədbirdə N.Qənbərova şagirdlərə narkotik maddələrin ziyanı, narkomaniyanın fəsadları barədə tədbir iştirakçılarına geniş məlumat verdi, həmçinin, mövzu ilə əlaqədar videoçarxlar nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi