31 Mart - Azərbaycanlıların soyqırımı

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Mart soyqırımının 103-cü ildönümü ilə əlaqədar məktəbin tarix müəllimi Vəfa Babayeva MS Teams proqramı üzərindən şagirdlərlə görüş keçirtdi. V.Babayeva şagirdlərə soyqırımın tarixi barədə ətraflı məlumat verdi, videoçarxlar nümayiş etdirildi.