Məktəb psixoloqu ilə onlayn görüş

16 mart 2021-ci il tarixdə məktəbin psixoloqu Saraxanım Alxazovanın və V-XI sinif şagirdlərinin iştirakı ilə onlayn görüş keçirildi. Görüşün keçirilməsində məqsəd şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, sosial cəhətdən fəal yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. S.Alxazova şagirdlərə risk qrupu, bulinq anlayışları barədə geniş məlumat verdi. Həmçinin, bulinq haqqında videoçarx nümayiş etdirildi. Sonda şagirdləri maraqlandıran suallara cavab verildi. Görüş şagirdlərin marağına səbəb oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi