"Nizami poeziyası" adlı qiraət müsabiqəsi

Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələr kimi ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada təbliğ olunmasına önəm verir. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır.Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. "Nizami ili" çərçivəsində hazırlanmış məktəbin tədbirlər planın icrasına uyğun olaraq 14 mart 2021-ci il tarixdə MS Teams proqramı vasitəsilə onlayn "Nizami poeziyası" adlı qiraət müsabiqəsi keçirildi. V-IX sinif şagirdləri arasında təşkil olunan müsabiqədə məqsəd şagirdlərin Nizami yaradıcılığı ilə daha yaxından tanış olması, həmçinin, bədii qiraət qabiliyyətlərinin inkişaf etdirilməsi idi. VIIb sinif şagirdi Dünyamalızadə Həlimə, IIIç sinif şagirdi Xalikzadə Mehdi, VIIIa sinif şagirdi Məmmədov Nurhüseyn, VIb sinif şagirdi Abbaszadə Rəvan, Vc sinif şagirdi Əliyeva Zöhrə, Vb sinif şagirdi Xalikzadə Zəhra onlayn müsabiqədə fərqləndiklərinə görə "Təltifnamə" ilə mükafatlandırıldılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi