Pedaqoji şuranın növbəti iclası keçirildi

10 mart 2021-ci il tarixdə məktəb rəhbərliyi tərəfindən onlayn iclas təşkil edildi. Məktəbin direktoru Zaur Yusifov gündəlikdə duran məsələlərlə pedaqoji heyəti tanış etdi. IX sinif şagirdlərinin buraxılış imtahanına yaxşı hazırlaşmaq məqsədilə təşkil edilmiş qiymətləndirmənin nəticəsi, onlayn və əyani dərslərə davamiyyət və digər məsələlər müzakirə edildi. Bundan sonra fəaliyyət planında nəzərdə tutulan məsələlər barədə məlumat verildi. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tövsiyələr verildi.