Xocalı soyqırımı - XX əsrin faciəsi

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Xocalı faciəsinin 29-cu ildöünümü ilə əlaqədar məktəbin 3c sinif müəllimi Hidayətova Təranə şagirdləri ilə birlikdə onlayn anım tədbiri keçirtdi. Tədbirdə şagirdlərə faciənin tarixi barədə məlumat verildi. Həmçinin, şagirdlər Xocalıya həsr olunmuş şeirlər söylədilər, videoçarxlar nümayiş olundu. https://youtu.be/JCLBwz_0f6c     https://youtu.be/0RVpnYvP0Wo

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi