"Qanlı Yanvar" adlı anım tədbiri

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Qanlı Yanvar" adlı virtual tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Məktəbin tarix müəllimi Vəfa Babayeva isə faciənin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra şagirdlərin çıxışları dinlənildi, videoçarxlar nümayiş etdirildi.