Müəllimlərimiz təltif olundu

Covid -19 pandemiyası ilə əlaqədar Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə yaratdığı Virtual məktəb platforması üzərindən “Evdə qal, dərsdən qalma” layihəsi çərçivəsində göstərdikləri fəaliyyətə görə bir neçə müəllimimiz - məktəbin biologiya müəllimi Xəlilov Elçi, Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəbəyova Aidə, kimya müəllimi Şəmsəddinova Aygün, ibtidai sinif müəllimi Xudayeva Rəna, ibtidai sinif müəllimi Hidayətova Təranə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən təşəkkürnamə ilə təltif olundu. Məktəbin direktoru Zaur Yusifov müəllimlərimizi təbrik etdi və gələcək faəliyyətlərində uğurlar arzuladı.