Əhmədiyyə Cəbrayılovun 100 illiyi

Prezident İlham Əliyevin Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın icrası ilə əlaqədar bu gün virtual  tədbir keçirildi. Məktəbin tarix müəllimi Vəfa Babayeva şagirdlərə Əhmədiyyə Cəbrayılov haqqında ətraflı məlumat verdi. V.Babayeva vurğuladı ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir.Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir. Həmçinin, şagirdlərimiz də müxtəlif məlumatverici çıxışlar etdilər, Ə.Cəbrayılov haqqında videoçarxlar nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi