Videomühazirə dərs təşkil olundu

"Azərbaycan Xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq 14 dekabr 2020-ci il tarixdə videomüharizə dərs təşkil olundu. Məktəbin kimya müəllimi Aygün Şəmsəddinovanın təqdim etdiyi videomühazirədə Xa, XIa sinif şagirdləri, həmçinin, müəllimlər dinləyici qismində iştirak etdi. Mövzusu "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti" olan videomühazirə dinləyicilərin marağına səbəb oldu. A.Şəmsəddinova mövzu ətrafında geniş məruzə ilə çıxış etdi, videoçarxlar nümayiş etdirdi.