"Qarabağ Azərbaycandır!" intellektual müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 04.12.2020-ci il tarixli F-246 nömrəli əmrinin icrası ilə əlaqədar 14 dekabr 2020-ci il tarixdə müsabiqənin məktəbdaxili mərhələsi təşkil olundu. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki, bu silsilədən olan müsabiqələrin keçirilməsi şagirdlərin maariflənməsində mühüm əhəmiyyət daşıyır.VIII,IX,X,XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqə məktəbin tarix müəllimi Vəfa Babayevanın hazırladığı suallar əsasında yazılı sual-cavab şəklində keçirildi. Məktəbin XIa sinif şagirdi Tərlan Məmmədov müsabiqənin məktəbdaxili mərhələsinin qalibi oldu. Sonda direktor Zaur Yusifov qalibi təbrik etdi və növbəti mərhələdə uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi