Məktəbin məzunu olmuş qazilərlə görüş

13 dekabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində iştirak etmiş və qazi olaraq evlərinə geri dönən məktəbimizin məzunları ilə virtual görüş keçirildi. Qazilər-Tağıyev Eyyub, Həsənli İlqar, Səttarov Muradın iştirak etdiyi görüşə qatılan müəllimlər və şagirdlər onlarla qurur duyduğumuzu, qələbəmizi onlara borclu olduğumuzu vurğuladılar. Qazilər də öz növbəsində bu qələbədə payları olduğu üçün keçirtdikləri fərəh hissini görüş iştirakçıları ilə bölüşdülər. Görüşün sonunda bir daha Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi