Ulu bir sərkərdə, ulu bir öndər

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Ümumilli liderin anım günü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Osmanova Türkan və Əsgərova Könül Vc və VIIç sinif şagirdlərinin iştirakı ilə "Ulu bir sərkərdə, ulu bir öndər" adlı virtual tədbir hazırladılar. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov dahi liderin həyatı və siyasi fəaliyyəti barədə məlumat verdi. Daha sonra şagirdlərin çıxışında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi, videoçarxlar nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi