"Böyük qayıdış" adlı qələbə tədbiri

06 dekabr 2020-ci il tarixdə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə həsr olunmuş "Böyük qayıdış" adlı virtual tədbir keçirildi. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə tarixi qələbə ilə bağlı ətraflı məlumat verildi. Daha sonra şagirdlərin çıxışında işğaldan azad olunan rayonlarımız barədə geniş məruzə edildi və vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Həmçinin, Qarabağa həsr olunmuş videoçarxlar nümayiş etdirildi.