Məzunlara fərqlənmə attestatları təqdim olundu

2019-2020-ci dərs ilində məktəbin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olundu. IXb sinif şagirdi Tağıyeva Leyla, IXc sinif şagirdi Əlizadə Zülfiyyə və XIa sinif şagirdi Əliyeva Ayxanım məktəbi fərqlənmə attestatı ilə bitirdilər. Məktəbin direktoru Zaur Yusifov məzunlara attestatları təqdim etdi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı.