Onlayn pedaqoji şura keçirildi

30 iyun 2020-ci il tarixdə məktəbin pedaqoji kollektivinin iştirakı ilə onlayn pedaqoji şura keçirildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı kollektivi tanış etdi. Eyni zamanda, 2019-2020-ci tədris ilində peşəkarlıq səviyyəsi yüksək olub, böyük məsuliyyətlə çalışan müəllimlərə, sinif rəhbərlərinə və kollektivin digər üzvlərinə təşəkkürnamə elan edildi. İclasın yekununda Z.Yusifov 2020-2021-ci dərs ilində kollektivə uğurlar arzu etdi.