Xocalı qan yaddaşımızdır

25 fevral 2020-ci il tarixdə məktəbdə "Xocalı faciəsi"nin 28-ci ildönümü ilə əlaqədar "Xocalı qan yaddaşımızdır" adlı tədbir keçirildi. Məktəbin tarix müəllimi Vəfa Babayevanın hazırladığı tədbiri məktəbin direktoru Zaur Yusifov açaraq bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Daha sonra məktəbin hərbi rəhbəri Marif Tağıyev çıxış edərək, faciə haqqında ətraflı məlumat verdi. Tədbirin davamında şagirdlərin çıxışında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirildi, kompozisiyalar, səhnəciklər nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi