Nümunəvi dərs keçirildi

24 fevral 2020-ci il tarixdə məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində müəllim Haşımova Tiflisxanım VII a sinfində Azərbaycan dili fənni üzrə nümunəvi dərs keçdi. Mövzusu modal sözlər olan dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs müasir təlim metodları əsasında keçirildi. Müəllimimizə uğurlar arzu edirik.