Ana dilimiz milli sərvətimizdir

21 fevral 2020-ci il tarixdə məktəbdə Beynəlxalq Ana dili Günü münasibətilə "Dilimiz milli varlığımızdır" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov çıxışında bildirdi ki,dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Tədbirin davamında şagirdlərin çıxışında Ana dilimizi tərənnüm edən şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi.