İgid Mübariz

07 fevral 2020-ci il tarixdə məktəbdə Azərbaycanın qəhrəmanlıq tarixinə adını qanla yazan Mübariz İbrahimovun anadan olmasının 32-ci ildönümü ilə əlaqədar "İgid Mübariz" adlı tədbir keçirildi. Məktəbin tarix müəllimi Nərmin Qənbərovanın V c sinfi ilə hazırladığı tədbirdə şəhidimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini S.Dünyamalızadə çıxış edərək vurğuladı ki, Mübariz İbrahimovun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün örnəkdir. Tədbirin davamında şagirdlərin çıxışında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirildi.