Fəxri Xiyabanı ziyarət

Məktəbin III ç və VI b sinif şagirdləri 07 fevral Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi, igidlik, cəsurluq, mərdlik nümayiş etdirən Mübariz İbrahimovun doğum günü ilə əlaqəadar Fəxri Xiyabanda onun məzarını ziyarət etdilər. Müəllimlər Mustafayeva Venera və Nəsirova Əminə Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq nümunəsi haqqında şagirdlərə məlumat verdilər. Daha sonra şagirdlərimiz şəhidin məzarı önünə gül dəstələri qoydular.