Şagirdimizin uğuru

259 №li tam orta məktəbin III b sinif şagirdi Vəlicanov Müslüm 25-29 yanvar 2020-ci il tarixdə Ağ Top Şahmat Akademiyasında 2 Fevral “Gənclər Günü”nə həsr olunmuş təsnifat turnirində iştirak etdi. M.Vəlicanov həmin dərəcə uğrunda turnirdə II yerə layiq görülüb və III şahmat dərəcəsini qazanaraq diplom və medalla mükafatlandırılıb. Şagirdimizi təbrik edirik, gələcək yarışlarda daha yüksək nailiyyətlər əldə etməsini arzulayırıq.