Nümunəvi dərs keçirildi

21 yanvar 2020-ci il tarixdə məktəbdə informatika fənn aylığı çərçivəsində informatika müəllimi Axundova Lamiyə IV b sinfində "Alqoritmdə budaqlanma" mövzusunda nümunəvi dərs keçdi. Activ İnspire proqramı vasitəsilə keçilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs müasir təlim metodları əsasında keçirildi. Müəllimimizə uğurlar arzu edirik.