Şəhidlər qürurumuzdur!

17 yanvar 2020-ci il tarixdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar məktəbin tədbirlər planına uyğun olaraq görülən işlərin yekunu kimi məktəbin akt zalında "Şəhidlər qürurumuzdur!" adlı tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tiflisxanım Haşımovanın VI a sinfi ilə birlikdə hazırladığı tədbiri giriş sözü ilə məktəbin direktoru Zaur Yusifov açdı. Z.Yusifov çıxışında vurğuladı ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmçinin, tədbirə qonaq qismində dəvət olunmuş mayor, II qrup əlil, 22 nömrəli məktəbin hərbi müəllimi Vasif Hidayətov çıxış edərək bildirdi ki, vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Tədbirin davamında şagirdlərin çıxışında şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi, mahnı ifa olundu. Şagirdlərin iştirakı səhnəciklər nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi