20 Yanvar faicəsinə həsr olunmuş filmlərin nümayişi
Məktəbin tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar informatika kabinetində şagirdlərə sənədli filmlər nümayiş etdirilir. Filmlərdə qanlı gecənin tarixi, səbəbkarları barədə məlumatlar əks olunub. Filmlərin nümayişi həftə ərzində davam etdiriləcək.