"Valideynin məktəbdə bir günü"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il tarixli F-448 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 20 dekabr 2019-cu il tarixdə məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması, həmçinin pedaqoji heyət ilə ünsiyyət yaradılmasıdır. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Eyvazova tədbirin proqramına uyğun olaraq akt zalında rəsmi açılış edərək, məktəbdə həyata keçirilən tədbirlər, fənn aylıqları, məktəbdaxili müsabiqələr, şagirdlərin təlim nəticələri və bilik yarışmaları barədə ətraflı məlumat verdi. Tədbirin proqramına uyğun olaraq valideynlər məktəblə əyani tanış olmağa başladılar. Daha sonra isə dərslərdə iştirak etdilər.