İmadəddin Nəsimi -650 il

19 dekabr 2019-cu il tarixdə məktəbin tədbirlər planına uyğun olaraq "Nəsimi ili" çərçivəsində görülən işlərin yekunu kimi "İmaddədin Nəsimi-650 il" adlı ədəbi-bədii gecə keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aidə Mirzəbəyovanın hazırladığı tədbirdə şagirdlər  Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi barədə məlumat verdilər. Həmçinin, şagirdlərin çıxışında dahi şairin qəzəlləri səsləndirildi, Şirvanşah və Nəsiminin dioloqundan kiçik səhnəcik nümayiş olundu. Nəsimi filmindən obrazın dilindən fraqmentlər nümayiş etdirildi. Məktəbin rus dili müəllimi Sevda Əliyeva da böyük söz ustasının "Etməgil" qəzəlini söylədi. Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sülhiyyə Dünyamalızadə çıxış edərək Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığının uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olduğunu vurğuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi